Millət vəkili: “Bu il sənaye sahəsində əldə edilən uğurlara daha da təkan verəcək” AÇIQLAMA

Millət vəkili: “Bu il sənaye sahəsində əldə edilən uğurlara daha da təkan verəcək” AÇIQLAMA

"Ötən il ölkə başçısı tərəfindən İKT ili elan olunmuşdu. 2013-cü ilə nəzər salsaq, həqiqətən də Azərbaycanın İKT sahəsində böyük uğurlara imza atdığını görərik". Bu sözləri millət vəkili Gövhər Baxşəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrinə dair Nazirlər Kabinetinin iclasında, dövlət başçısının 2014-cü ili "Sənaye ili" elan etməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkə başçısının hər ili konkret sahəyə həsr etməsi həmin sahənin daha da inkişafına, ölkəmizin bu sahədə uğurlarına səbəb olur: "Bu ilin ölkə başçısı tərəfindən "Sənaye ili" elan edilməsi də çox müsbət haldır. Ölkəmizdə bütün sənaye sahəsi yenidən qurulur, yeniləşir. Bu il sənaye sahəsində əldə edilən uğurlara daha da təkan verəcək. Hər il ölkəmizdə bir neçə sənaye müəssisəsi açılır. Cari il sənaye sahəsi daha da inkişaf edəcək və 2014-cü ildə biz böyük uğurların şahidi olacağıq".

Millət vəkili vurğulayıb ki, 2014-cü ilin "Sənaye ili" elan edilməsində əsas məqsəd bu sahədə ölkəmizi inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır: "Digər məqsədlərimizə isə ölkəmizdə sənaye sahəsində istehsal olunan mahsulların ölkəmizi tam təmin etməsi, həmin məhsulların dünya bazarına çıxardılması və rəqabətə dözümlü məhsulların istehsal edilməsi daxildir. Bütün bunlar çox müsbət haldır".

Bütün xəbərlər Facebook səhifəmizdə