Əli Orucov: “Milli Şura da İctimai Palata da şanslarını itirdilər”

Əli Orucov: “Milli Şura da İctimai Palata da şanslarını itirdilər”

"Müsavat partiyasının Milli Şuradan çıxması və daha sonra AXCP-nin İctimai Palatadan çıxmaq istəməsi fikrini səsləndirməsi belə bir nəticəyə gətirib çıxarır ki, arada olan böhran dərinləşir. Bundan sonra İctimai Palatanın da Milli Şuranın da öz fəaliyyətlərini davam etdirmək şansı yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov söyləyib.

Əli Orucov, həmçinin qeyd edib ki, hər hansı bir qurum yarandıqda Müsavat partiyası oranı ilk tərk edən partiya olur: "Hər hansı bir qurum yaranırsa, sonradan oranı ilk olaraq Müsavat partiyası tərk edir. Ümumilikdə belə düşünürəm ki, Müsavat partiyasının son addımları o qədər də doğru, düzgün atılmış addımlar deyil. Təbii ki, partiya rəhbərliyi deyə bilər ki, biz müstəqil qərar vermək iqtidarındayıq, lakin onların verdiyi hər bir qərarı da doğru saymaq olmaz. Müsavat partiyasının seçkidən sonra Milli Şuranı tərk etməsi orada təmsil olunan digər partiyalar tərəfindən anormal qarşılanır".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə