Müsavatdan AXCP-yə daha bir İTTİHAM

Müsavatdan AXCP-yə daha bir İTTİHAM

AXCP sədrinin mətbuat katibi, "Azadlıq" qzetinin köşə yazarı Natiq Ədilovun (Güləhmədoğlu) Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni müxtəlif iddialarla ittiham etməsindən sonra Müsavat Partiyası cəbhəçilərə qarşı hücumlarını artırmaqdadırlar. SİA-nın məlumatına görə, Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli son günlər intensivləşən Müsavat-AXCP gərginliyinə münasibət bildirib.

M.Hacıbəyli yenidən AXCP-nin Müsavatı gözdən salmaq istədiyini qeyd edib: "...Bunlar Müsavatı gözdən salmaq məqsədilə Rəsulzadəyə dil uzadırlar. Əli Kərimlinin istefa vermiş fəxri sədri hara, Rəsulzadə hara?!".

Xatırladaq ki, Əli Kərimlinin sözçüsü Natiq Ədilov Rüstəm İbrahimbəyovun başqa ölkə vətəndaşı olmasının müzakirəsi zamanı "Rəsulzadə də başqa ölkələrdə yaşayıb və həmin ölkələr qarşısında öhdəliyi olub" deyə fikir bildirib. Daha sonra bi iddialaraq İsa Qəmbərin müşaviri sərt şəkildə etirazını bildirib və Müsavat Partiyasının Məclis toplantısında partiya başqşanı İsa Qəmbər də həmin ittihamlara etiraz edib: "Daim Rəsulzadə-Elçibəy yolunda olduğunu deyən qüvvələr bu gün Rəsulzadə ilə Milli Şuranın bugünki nümayəndələrini müqayisə edirlər, Rəsulzadəni hədəfə götürüblər. Bəlkə dayansalar yaxşıdır?"

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə