Sergey Lavrov: “Qonşu dövlətləri Rusiyadan ayırmaq o qədər də asan deyil”

"Avropa İttifaqı Ukraynadan qarşılıqsız gəlir əldə edə biləcəyini düşünür". Bu haqda Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada baş verən hadisələrə münasibət bildirərkən deyib.

SİA Rusiyanın "Kanal 24" telekanalına istinadən xəbər verir ki, Rusiya XİN başçısı rəsmi Moskvanın Avropa İttifaqındakı tərəfdaşları ilə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətinin dəyişmədiyini bəyan edib: "Bizim Avropa tərəfdaşlarımız Ukraynadan böhran dönəmində qarşılıqsız gəlir əldə edə biləcəkləri kimi şanslarını itirməkdən çox narahatdırlar. İkinci səbəb isə ideoloji mövqe daşıyır. Bu təbəqəyə ya belə, ya da elə" deyənlər və bir də, süni də olsa şantaj yolu ilə qonşu dövlətləri Rusiyadan ayırmağın o qədər də asan olmadığını gördülər".

Sergey Lavrov onu da bildirib ki, bu mövzu ətrafında mülahizələr mütləq olacaq və müəyyən qədər ciddi olacaq: "İnanıram ki, bizim tərəfdaşlarımız bunu səmimi qəbul edəcəklər və boyun qaçırmayacaqlar".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...