"Hər bir ölkədə olduğu kimi, Ukraynada da müəyyən təbəqə inkişafı bir istiqamətdə, digər təbəqə isə tamam başqa istiqamətdə görür. Düşünürəm ki, onlar sonda düzgün yolu tapa biləcəklər. İstərdim ki, tez bir zamanda oradakı mövcud problem tezliklə öz həllini tapsın. Çünki orada çox vətənpərvər insanlar var". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Rövşən Rzayev Ukraynadakı vəziyyəti şərh edərkən deyib.
O bildirib ki, Ukrayna və Azərbaycanın Gömrük İttifaqına qoşulması məsələsini eyniləşdirmək olmaz: "Çünki onlar müqayisə olunan dövlətlər deyil. Ukraynanın Rusiya ilə başqa, Azərbaycanın isə tamam başqa bağlantıları mövcuddur. Buna görə də bunu birmənalı şəkildə demək çox tez olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB