Müsavat Partiyasının Milli Şuradan istefa saatı BƏLLİ OLDU

Müsavat Partiyasının Milli Şuradan istefa saatı BƏLLİ OLDU
Xəbər verildiyi kimi, Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şurada baş verən ziddiyyətli məqamlara aydınlıq gətirmək üçün AXCP-nin qərargahında qızğın müzakirələr aparacaq.

SİA-nın məlumatına görə, artıq, Müsavat kuluarlarında partiyanın Milli Şuranın tərkibindən çıxması haqqında veriləcək son qərarının müəyyənləşməsi barədə söhbətlər aparılmaqdadır.

Partiyanın mətbuat xidmətində fəaliyyət göstərən və müəyyən səbəblərə görə adının açıqlanmasını istəməyən mənbənin saytımıza verdiyi məlumata bildirilir ki, əslində, Müsavat Partiyasının başqanı İsa Qəmbər və müavinləri Milli Şurada qalmaq üçün deyil, məhz çıxmaq üçün danışıqlara başlayır.

Saat 15:00-da AXCP-nin qərargahında baş tutacaq görüşdə Müsavat Partiyası Divanının qəbul etdiyi qərar və Milli Şuradan kənarda olan siyasi təşkilatlarla əməkdaşlıq haqqında söhbətlər aparılacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня