Rahu Qurbanova,
YAP Gənclər Birliyi ofisinin koordinatoru:
-Mən Ulu Öndər Heydər Əliyevin qurduğu bir dövlətin gənci olduğumdan böyük qurur duyuram. Xarici ölkələrin nümayəndələri ilə ünsiyyətdə olduğum zamanlarda, beynəlxalq konfranslarda bizim qurur mənbəyimiz Azərbaycandan, onun qurucusu Ümummilli Lider Heydər Əliyevdən və onun gördüyü işlərdən danışanda fəxr hissi duyuram. Bu gün müasir Azərbaycan qurucusu Ümummilli Lider Heydər Əliyevin vəfatından 10 il ötür. Bu gün Ulu Öndərin anım günüdür. Bizlər Dahi Liderimizi sevgiylə, hörmətlə anırıq. Biz gənclər həmişə onunla fəxr etmişik, bu gün də fəxr edirik. Ulu Öndər Heydər Əliyev bizim qəlbimizdə əbədi olacaq. Allah ona rəhmət eləsin, ruhu şad olsun!

Rəşad Abbasəliyev,
YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədri:
-Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bunu sadalamaqla bitməz. Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu Öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir. Yəni Ümummilli Liderimiz düzgün seçimin yolunu göstərdi ki, ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi üçün hansı mərhələlərdən keçməyimiz vacibdir.Ulu Öndər Heydər Əliyevin bu günə hesablanmış fəaliyyəti hər birimizin gözü qarşısında baş verib. Biz hər birimiz Dahi Liderimizi hörmətlə, sayqıyla anırıq.
.jpg)
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri:
-Ümummilli Lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Biz Dahi Liderimizlə fəxr edirik.

Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB