Tural Abbaslı: “Eldəniz Quliyevin fikirləri Müsavat üçün maraqlı deyil”

Tural Abbaslı: “Eldəniz Quliyevin fikirləri Müsavat üçün maraqlı deyil”

"Eldəniz Quliyevin dedikləri, düşüncələri, fikirləri Müsavat partiyası üçün qəti şəkildə maraqlı deyil". Bu fikri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı "El" hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin "Müsavat Milli Şuraya badalaq atır" fikrinə münasibət bildirərkən söyləyib.

Tural Abbaslı həmçinin qeyd edib ki, Müsavat Partiyasının verdiyi hansısa qərar haqqında Eldəniz Quliyevin danışması yersizdir: "Müsavat Partiyası öz qərararını verir və özü müzakirə edir. Biz Eldəniz Quliyevlə hansısa məsələni müzakirə etmək fikrində deyilik".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə