Rəbiyyət Aslanova: “Ümummilli Lider hər zaman Azərbaycanladır” AÇIQLAMA
"Sabah Ulu Öndərin vəfatının 10-cü ildönümüdür. Azərbaycan xalqı çox ağrılı, hüznlü bir gününü qeyd edəcək. Əbədiyyətə qovuşan bir insanın ölüm günüdür deməyə dilmiz gəlmir. Ona görə ki, Ümummilli Lider hər zaman Azərbaycanladır". Bu sözləri SİA-ya millət vəkili Rəbiyyət Aslanova Ulu Öndərin anım günü ilə bağlı danışarkən deyib.
Ulu Öndərin məşhur kəlamını xatırladan millət vəkili bildirib ki, Ümumilli Liderin "Azərbaycan olduqca mən olacam" ifadəsi həqiqəti əks etdirən və hər birimizin qəlbimizdən keçən bir ifadə idi.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin yaradıcısı, müstəqil, dünyəvi, hüquqi dövlət ideyasını gerçəkləşdirmək iqtidarında olan bir insanın Azərbaycan xalqının qəlbində, tarixində, yeri əbədidir və əbədi olacaq: "Ulu Öndər Azərbaycanı dünyaya tanıdan, Azərbaycan vətəndaşını böyük obraz olaraq formalaşdıran, tarixən müstəqil dövlət olmaq arzusumuzu gerçəkləşdirən bir insandır. Dövlət yaratmaq, qurmaq, müstəqilliyi əbədi etmək olduqca mürəkkəb bir prosesdir. Bu yalnız və yalnız dahi şəxsiyyətlərin, böyük insanların taleyinə yazılan bir missiyadır. Bu baxımdan Ulu Öndər Heydər Əliyev böyük insan, siyasət dahisi olmaqla hər bir Azərbaycanlının qəlbində yaşayır və yaşayacaq. Həyatmızın elə bir sahəsi yoxdur ki, orada Ulu Öndərin izi olmasın. Bu gün müstəqiliyimizdən keçən 22 il ərzində əldə etdiyimiz bütün uğurların əsasında Ulu Öndərin böyük siyasəti dayanır".
R. Aslanova vurğulayıb ki, Ulu Öndər müstəqilliyimizin qorunub saxlanması məsələsində öz güclü siyasətini ortaya qoymaqla yanaşı, bu məsələdə xalqımızı öz qüvvə və bacarığını səfərbər etməyə çağırıb: "Heydər Əliyev öz torpağına, dilinə, mənəviyyatına, tarixinə yiyəlik hissini insanlara aşılayır, onları əqidə simvoluna çevirməyə çağırırdı. Bu baxımdan bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsəridir. Əsası Dahi Lider tərəfindən qoyulan ənənələr bu gün də davam etməkdədir. Ölkəmizdə elə sahə yoxdur ki, hazırki ölkə başçısı İlham Əliyev tərəfindən inkişaf etdirilməsin. 2003-cü ildən bu günə qədər ölkə əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarlar, dövlət proqramlarının uğurla icrası ölkə başçısının əməyinin fəaliyyətinin nəticəsi və Ulu Öndər Heydər Əliyevin arzularının gerçəkləşməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB