Ermənistan rəsmilərinin ikili oyunu... ANALİZ

Ermənistan rəsmilərinin ikili oyunu... ANALİZ

Ermənistan paytaxtı İrəvanda xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi gözənilir. Məlum olduğu kimi həmin görüşdə Türkiyə XİN başçısı Əhməd Davudoğlunun da iştirak edəcək. Erməni nəşrləri bununla bağlı gah qərəzli, gah da öz "səmimiyyətlərini" nümayiş etdirəcək xəyyallar qurmağa çalışırlar. Bu da onu göstərir ki, Ermənistan hakimiyyəti, o cümlədən XİN başçısı Edvard Nalbandyan Ə.Davudoğlunun İrəvan görüşü zamanı hansı mövqeni təmsil edəcəklərindən bixəbərdir. Belə ki, bir sıra Erməni nəşrləri qeyd edir ki, Əhməd Davudoğlu Ermənistana səfəri Dağlıq Qarabağın iki rayonunun azad edilməsi ilə əlaqədardır. Digər erməni nəşrləri isə rəsmi İrəvanın Davudoğluya qondarma "erməni soyqırımı"na xas olan abidəni ziyarət etməyi məsləhət görüblər. Bir çoxları isə Davudoğlunun Ermənistana səfərini daha fərqli şərh etməyə çalışır. Hətta Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı xəyallar belə qurmağa başlayıblar.

Baxmayaraq ki, Əhməd Davudoğlu dəfələrlə mətbuata açıqlamasında Türkiyə-Ermənistan sərhədlərinin açılmasının məhz Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola biləcəyini bildirmişdi. Buna baxmayaraq, Erməni rəsmiləri öz ümüdlərini itirmədən Davudoğlunun yolunu dörd gözlə gözləməyə davam edirlər. Misal üçün ötən gün Ermənistan nəşrlərinin birinin məlumataına görə, Ermənistan "yol xəritəsini" tərtib edərək artıq 10 gün bundan əvvəl Türkiyə rəsmilərinə veriblər. Çox güman ki, sözügedən "yol xəritəsi"nin əsas məğzini "qonşu ölkələrlə problemi sıfıra endirmək" mahiyyəti daşıyırmış. Həmin nəşr qeyd edir ki, "yol xəritəsi" konkret olaraq üç addımı nəzərdə tutur:

1. Türkiyə rəsmən qondarma erməni soyqrımını tanıyaraq dünya erməniləri qarşısında cavabdehliyi öz boynuna götürməlidir.

2. Təcili olaraq Türkiyə-Ermənistan sərhədlərini açır və vaxt itirmədən Ermənistanla diplomatik əlaqələr qurmağa çalışmalıdır.

3. Məhz bu mərhələlərdən sonra Türkiyə tərəflər arasında sülhməramlı rol oynamaq imkanı əldə etmiş olacaq və sərhəddə insidentlərin qarşısının alınması, nəzarət üzrə ictimai layihələr həyata keçirmək, eləcə də snayperləri aradan qaldıraraq cəmiyyəti sülhə doğru yönəltmək hüququ qazana bilər.

Ermənistan Davudoğlunu məhz bu absurd bəndlərdən ibarət "yol xəritəsi"nin cavabını almaq üçün gözləyirmiş. Buradan da məlum olur ki, Ermənistan XİN başçısının nazirlərin Kiyev görüşü zamanı oxuduğu "sülh istəyi" və prezidentlərin Vyana görüşündən dərhal sonra mətbuata açıqlama verən Erməni prezidenti Serj Sarkisyanın "mən tezliklə Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirəm" kimi bəyanatı boş, havaya səslənən sözlər imiş. Bu sözü gedən "yol xəritəsi" layihəsi əslində rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyindən xəbər verir. Belə olduğu təqdirdə onu söyləmək olar ki, Ermənistan hələ uzun müddət status-kvonu saxlamaq niyyətindədir. Böyük ehtimalla, Ermənistan bu siyasi gedişlə BMT Təhlükəsizlik Şurasının onlara qarşı tətbiq etdikləri sanksiyalardan dolayı ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında münaqişənin həllində maraqlı olduqlarını nümayiş etdirəcək səhnəcik düzənləmiş olurlar.

Əfsuslar olsun ki, bir çoxlarını inandırmağı da bacarırlar. Misal üçün ATƏT-in amerikalı həmsədri Ceyms Uorliki olmaqla Ermənistanın xarici işlər naziri E.Nalbandyanı inandıra bilib ki, xalqları sülhə yönəltmək lazımdır, müharibəyə deyil. Bu sözlər bitmədən atəşgəs rejmini pozmaları nədənsə nə həmsədrlərin qulaqlarına eşidilmir, nə də iki aydan bir sərhəd boyu monitorinq aparanların gözlərinə görsənmir. Nə yazıq ki, Nalbandyanın erməni suflyorlarının köməyi sayəsində iki kəlmə ilə "erməni səmimiyyəti" nümayiş etdirəcək obraza girməyi bacarır. Görəsən tarixən konfliktlərin həlli istiqamətində böyük təcrübəyə malik olan İsveçrənin ATƏT-in 2014-cü ildə həmsədrliyi olduğu zaman da bu cür səhnəciklər keçərli olacaqmı?

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə