Millət vəkili: “Ukraynada baş verənlərdə bir çoxları maraqlıdır”

Millət vəkili: “Ukraynada baş verənlərdə bir çoxları maraqlıdır”

"Ukraynada baş verənlərdə bir çoxları maraqlıdır". Bu sözləri SİA-ya açılamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, Ukrayna xalqının prezident Viktor Yanukoviçdən Avropa İttifaqı ilə assosiativ sazişin imzalanmasını tələb ediklərinə görə, hadisələrin gedişi hazırda bu cür vüsət alıb: "Ukraynada baş verən hadisələri yalnız xalqın iradəsi dəyişə bilər. Ukrayna ilk növbədə düzgün istiqamətdə inkişafını müəyyənləşdirməlidir, müstəqilliyini qorumalıdır, Avropaya inteqrasiya etməlidir. Əks halda Ukraynanı yenidən köhnə vəziyyətinə qayıtmalı olacaq".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə