"Fəaliyyəti olmayan "Milli Şura" necə mitinq təyin edə bilər?" Münasibət
Yeni Azərbaycan partityasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Hafta.az-a açıqlamasında Milli Şuranın qiymət artımı ilə bağlı təyin etdiyi mitiqə münasibət bildirib. SİA-nın məlumatına görə, icra katibinin müavini deyib ki, mitinqə 500-dən az adam gələcək.
Onun sözlərinə görə, fəaliyyəti olmayan qurum necə mitinq təyin edə bilər?: "Bu gün "Milli Şura"nın durumu çox acınacaqlı bir vəziyyətdədi. Orada heç kim yoxdu. Mitinqi kim edir? Bu hələ müəyyən deyil. Bunların hələ seçki qabağı təyin etdikləri mitinqə 500 adam gəlirdi, indi kim gələcək? Bunlar özlərini hamıya göstəriblər. "Milli Şura"da bir-birinə qarşı olan ittiham səsləndirən insanlar kimin marağını güdürlər? Cəmiyyət gözəl bilir ki, bu xalqn istəyinə əsas deyil. Çünki xalqın istəyi dövlət və hökümət tərəfindən tənzimlənir, islahatlar həyata keçirilir, sosial problemlər həll edilir. Qanuna uyğun şəkildə qiymət tənzimləmələri həyata keçirilir. "Milli Şura" isə hazırkı situasiyadan istifadə edib, daxili problemlərini gündəmdən çıxarmaq istəyirlər. Müsavatla "Milli Şura" arasında kəskin uçurum var. Aralarında qırğın gedir".
YAP funksioneri qiymət artımının sosial problem yaratmadığını bidlirdi: "Burada sosial problem olacaq bir məsələ yoxdu. Qiymətlərin artırılması üçün komissiya var. Komissiya zərurət olduqda qiymətləri artırır. Bunun iqtisadi və sosial tərəfi də tənzimlənir və cəmiyyətə çatdırılır".
Qeyd edək ki, Milli Şura qiymət artımına etiraz olaraq dekabrın 15-i, saat 16:00-a mitinq təyin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB