Millət vəkili: “Bu mükafat beynəlxalq nüfuzumuzun artmasının göstəricisidir”

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülməsi, təbii və qanunauyğundur". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.

Millət vəkilinin sözlərinə görə, 2013-cü ildə Prezident İlham Əliyevin tək Azərbaycan daxilində deyil, regionda və dünyada yürütdüyü fəaliyyət belə bir seçimin edilməsinə gətirib çıxarıb: "Cənab Prezident İlham Əliyevin "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülməsi, eyni zamanda dövlətimizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülüb. Prezident İlham Əliyev "İlin Xəzər dövlət adamı" mükafatına regionda həyata keçirilən transmilli layihələrdə liderliyinə görə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə