Bu gün saat 16:00-da Milli Şuranın sessiyası başlayıb. Sessiyada iştirak edən mənbənin SİA-ya verdiyi məlumata görə, hazırda "El" hərəkatı ilə AXCP arasında qalmaqal yaşanmaqdadır.
Belə ki, Eldəniz Quliyevlə cəbhə rəsmiləri arasında yaşanan söz polemikasına səbəb Rüstəm İbrahimbəyovun istefasının qəbul olunmaması tələbi olub.
Mənbə onu da qeyd edib ki, İbrahimbəyovun istefasının qəbul olunmaması tələbi müsavatçıları da qane etməyib və Müsavat Partiyası AXCP ilə eyni mövqedən çıxış edib.
"El" Hərəkatı üzvləri son anda Milli Şura sıralarından çıxacaqlarını da istisna etmirlər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB