Eldəniz Quliyev: “Müsavat Partiyasının bəzi funksionerləri var ki, onlar həqiqətən də Rüstəm İbrahimbəyova təzyiq göstəriblər”
"Bəli, Müsavat Partiyasının bəzi funksionerləri var ki, onlar həqiqətən də Rüstəm İbrahimbəyova təzyiq göstəriblər. Məhz bunun nəticəsində də Rüstəm İbrahimbəyov istefa vermək qərarına gəlib. Belə olduğu halda Müsavatın bəzi funksionerlərini haqlı olaraq qınayıram". Bu fikirləri SİA-ya verdiyi eksklüziv açıqlamasında "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev söyləyib.
E.Quliyev, həmçinin bildirib ki, bu gün keçiriləcək sessiyada o, Milli Şuranın fəaliyyəti ilə bağlı iradlarını bildirəcək: "Təbii ki, mən qurumda olan problemlərlə bağlı və orada təmsil olunan bəzi insanların yalnış düşüncələri ilə bağlı öz fikirlərimi səsləndirəcəyəm".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB