“Rosbalt”: “Rəsmi Moskva Azərbaycana təzyiq etmək niyyətində deyil”

“Rosbalt”: “Rəsmi Moskva Azərbaycana təzyiq etmək niyyətində deyil”

Rəsmi Moskava Gömrük İttifaqına üzv olması üçün Azərbaycana təzyiq etmək niyyətində deyil. Bu haqda SİA-nın Rosbalt saytına istinadən verdiyi xəbərə görə, Amerika-Azərbaycan fondunun baş eksperti Aleksey Sinitsin söyləyib.

O, deyib: "Azərbaycan Avropa dəyərlərini yenidən gözdən keçirmək niyyətində deyil, eyni zamanda, nə Qərblə, nə də Şərqlə əməkdaşlıqdan yayınır. Bununla yanaşı, Azərbaycanın ixracat iqtisadiyyatının əsasını məhz karbohidrogenlərin təchizatı təşkil edir. Onlar tamamilə nə Avropaya, nə də Avrasiyaya inteqrasiya prosesləri ilə bağlıdır. Lakin öz daxili bazarını inkişaf etdirmək məqsədi ilə istənilən mallarla təmin etməyə hazırdırlar. Buna görə də, mən Moskvanın, Brüsselin və ya Vaşinqtonun Bakıya real təzyiq mexanizmlərini görmürəm".

Analitik qeyd edir ki, Azərbaycanla münasibətləri stabil saxlamaq lazımdır: "Bu bir növ Rusiyanın Türkiyəni real strateji partnyor kimi görməsindən və Azərbaycanın geosiyasi vəziyyətindən asılıdır. Azərbaycan Xəzərdə ciddi oyunçudur. Azərbaycan İranla həmsərhəddir. Bütün bu amillər rəsmi Moskva üçün böyük əhəmiyyət kəsb edir. Kreml yaxşı bilir ki, Şimali Qafqaz siyasi cəhətdən sabitləşmədən nə qədər uzaqdır və buna görə də Rusiyanın Bakını Gömrük İttifaqına üzvlüyə sövq etməsi gözlənilmir".

Xatırladaq ki, Azərbaycan Avropa Birliyinin assosiativ üzvü olmaq niyyətində deyil. Bu haqda 25 noyabr tarixində Azərbaycan Respublikasının Prezident Administrasiyasının başçısının müavini Novruz Məmmədov bildirmişdi. O eyni zamanda Azərbaycanın assosiativ üzvlüyükdən Rusiyanın təzyiqi altında imtina etməsi iddiasını da rədd etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə