Fransanın Reyms şəhərində gündəlik nəşr olunan "L’ Union" qəzetinin 29 noyabr tarixli nömrəsində "Azərbaycan musiqi və poeziya ilə qayıdır" sərlövhəli məqalə dərc olunub. SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, məqalədə dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə təşkil olunan silsilə tədbirlərdən geniş bəhs olunub.
Məqalədə, növbəti dəfə azərbaycanlıların Reyms şəhərinin qonağı olduğu, keçən ilin oktyabrında ölkəmizin mədəni dəyərləri ilə bağlı sərgi və konsertin təşkil edildiyi, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Mərakeş, Polşa, Çexiya, Avstriya, Konqo və Litva kimi ölkələrlə yanaşı Azərbaycanın ilk dəfə beynəlxalq yarmarkada iştirakı qeyd olunub. Müəllif bildirir ki, Azərbaycanı bu tədbirdə ölkənin ikinci böyük şəhəri - Gəncə şəhəri təmsil edib. Reysm şəhərinin To sarayında Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərgi reymslilər arasında böyük maraq doğurmuşdur və sərgi dekabrın 8-nə kimi davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB