Rasim Musabəyov: “Biz hələlik assosiativ saziş imzalamağa hazır deyilik” MÜNASİBƏT

Gömrük İttifaqıına daxil olmaq məsələsi bizim marağımızda deyil
Rasim Musabəyov: “Biz hələlik assosiativ saziş imzalamağa hazır deyilik” MÜNASİBƏT

"Azərbaycanın bu sammitdə əsas marağı Avropa Birliyi ilə imzaladığı saziş idi". Bu sözləri SİA-ya politoloq, millət vəkili Rasim Musabəyov Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı" ölkələrinin Sammitində ölkəmizin iştirakı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa Birliyi ilə həm ticari, həm enerji, həm də humanitar sahədə əməkdaşlıq edir və bu əməkdaşlığın dərinləşməsində bizim maraqlarımız var: "Azərbaycan "Şərq Tərəfdaşlıq" proqramının iştirakçısıdır. Sadəcə olaraq biz hələlik assosiativ saziş imzalamağa hazır deyilik. Biz həmçinin Ümumdünya Ticarət Təşkilatına da üzvü deyilik".

Azərbaycanın Gömrük İttifaqına daxil olması məsələsinə toxunan R.Musabəyov bildirib ki, Gömrük İttifaqıına daxil olmaq məsələsi bizim marağımızda deyil: "Hələ heç kim bu İttifaqın Azərbaycan üçün nə dərəcə əhəmiyyətli olacağını deyə bilməz".

Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı ölkədə fikir ayrılıqlarına gəlincə, politoloq bildirib ki, düşmən ölkədə bəziləri elə hesab edir ki, Ermənistan Gömrük İttifaqına daxil olmaqla Avropa Birliyinə daha da yaxın olacaq: "Fikirlər müxtəlifdir. Bəziləri bu addımı istəsələr də bununla bağlı narazılıqlar da var. Lakin Ermənistanın son qərarı Gömrük İttifaqına daxil olmaqdır. Ona görə ki, Ermənistan hər yerdə özü üçün fayda qazanmağa çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə