Tural Abbaslı Müsavat Gənclər Təşkilatından imtina etdi

Tural Abbaslı: “Orada baş verənlərlə artıq maraqlanmıram”
Tural Abbaslı Müsavat Gənclər Təşkilatından imtina etdi

"Müsavat Gənclər Təşkilatında baş verənlərlə maraqlanmıram və nələr baş verir heç xəbərim də yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Gənclər Təşkilatının keçmiş sədri, hazırda partiya divanının üzvü Tural Abbaslı söyləyib.

O, həmçinin qeyd edib ki, seçkidən sonra yenə də bəzi problemlər mövcud olmaqdadır: "Bəli, orada keçirilən ikinci seçkidən sonra da problemlər var və hələ də davam edir. Bəzi məsələlər aydınlaşdırılmamış qalıb. Oradakı gənclərdən kimlərinsə bir-birlərinə qarşı olan mənfi reaksiyaları da mənə maraqlı deyil".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə