Müsavat Partiyası Gənclər Təşkilatı sədrliyinə (GT) keçirilən seçkinin saxtakarlıqlarla müşahidə olunması partiya gənclərinin nəticələrə qarşı etirazlarına səbəb olub. SİA-nın məlummatına görə, GT sədrliyinə namizədliyini irəli sürmüş lakin sonradan öz namizədliyini Rüfət Hacıbəylinin xeyrinə geri götürmüş Nurlan Əliyev bildirib ki, bununla razılaşmaq çox çətindir: "Müsavat Partiyası GT sədri postuna keçirilən seçkinin nəticəsi ilə razıyam demək bir az çətindi...Bu gəncliyin güc mərkəzi olan Müsavat Partiyası Gənclər Təşkilatının sədri də meydandan gələn bir gənc olmalı idi...".
N.Əliyev bildirib ki, seçkiyə partiya rəhbərliyindən müdaxilələr olub və bunu normal qarşılamır: "... Seçkiyə partiya rəhbərliyinin birbaşa nəzarətini normal qarşılamıram. Bəzi nüanslar var ki, qarşı tərəfin etirazına səbəb olub və mən bunları haqlı narazılıq hesab edirəm. Əgər söhbət GT-nın sədrliyinə keçirilən seçkidən gedirsə, bu seçkinin partiya rəhbərliyinin nəzarətində keçirilməsi heç də normal hal deyil. Bu da haqlı olaraq, kənardan Müsavat GT sədrini partiya rəhbərliyinin tapşırığı ilə təyin olunması görüntüsü yaradır".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB