"Eldar Namazov indi də bələdiyyə seçkilərinə hazırlaşır"

"Eldar Namazov indi də bələdiyyə seçkilərinə hazırlaşır"

"Eldar Namazov insanları aldatdığı bəs deyil, indi də yenə qurum yaratmaq iddiası ilə çıxış edir". Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, "Milli Şura" qrumunu yaradanda, məhz Eldar Namazov iddia edirdi ki, bu Rusiyanın Azərbaycandakı hakimiyyəti dəyişmək üçün düşünülmüş layihəsidir".

Onun tək istəyinin Azərbaycanda çaxnaşma və çaşqınlıq yaratmaq olduğunu bildirən BAXCP rəsmisi qeyd edib ki, görünür Eldar Namazov indi də bələdiyyə seçkilərinə hazırlaşır: "Çox güman ki, Eldar Namazov bələdiyyə seçkilərinə hazırlaşdığı üçün yeni qurum yaratmaq iddiasına düşüb".

Bütün xəbərlər Facebook səhifəmizdə