Ziya Məmmədov Sumqayıtda vətəndaşlarla görüşəcək

Ziya Məmmədov Sumqayıtda vətəndaşlarla görüşəcək

Azərbaycan nəqliyyat naziri Ziya Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Görüş vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə təşkil edilir. Nazirlikdən SİA-ya verilən məlumata görə, Ziya Məmmədovun Sumqayıtda vətəndaşlarla görüşü noyabrın 22-də saat 12:00-da şəhərin tarixi muzeyinin binasında (Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, IV mikrorayon) keçiriləcək. Tədbirdə Sumqayıt, Abşeron və Xızı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı noyabrın 20-də, saat 09:00-dan 18:00-dək aşağıdakı ünvanlarda aparılacaq: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsi (Sumqayıt şəhəri, S.Vurğun küçəsi,3), Abşeron "4 saylı İxtisaslaşdırılmış Müəssisə" MMC (Xırdalan şəhəri, Heydər Əliyev prospekti,25), Xızı 3 saylı Yol İstismarı İdarəsi (Xızı rayonu, Yeni Yaşma stansiyası).

Bütün xəbərlər Facebook səhifəmizdə