Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü olub

Noyabrın 18-də Kiyevdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Qarşılıqlı səfərlərin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırıldı.

Söhbət zamanı Azərbaycan-Ukrayna əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, ölkələrimiz arasında münasibətlərin daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə