Səxavət Soltanlı: “Heç bir vacib məsələdə AXCP Müsavatı dəstəkləməyib”

Səxavət Soltanlı: “Heç bir vacib məsələdə AXCP Müsavatı dəstəkləməyib”

Müsavat Partiyası başqanının müşaviri Səxavət Soltanlı Cəbhəçilərə qarşı ittiham dolu çıxış edib. SİA-nın məlumatına görə, başda Əli Kərimli olmaqla AXCP-in hər zaman Müsavatın əksinə olduğunu bildirən İsa Qəmbərin müşaviri bunun səbəbini başa düşmədiyini deyib: "Son illər demək olar ki, İctimai Palata və Milli Şurada prosesləri yaxından izləmək, müzakirələrdə üzv kimi iştirak etmək imkanım olub. Gördüyüm budur: Heç bir vacib məsələdə AXCP Müsavat Partiyasının mövqeyinə dəstək verməyib. Çox maraqlıdır ki, bu məsələlərin heç biri AXCP-nin maraqlarına zidd olmayıb, əksinə. Mən bu sirri başa düşmədim ki, düşmədim".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə