"Milli Şura prezident seçkilərində iştirak etmək üçün müxalifətçilər tərəfindən yaradılan bir qurum idi. Artıq xalq öz sözünü deyib, seçki də bitib. Deməli, Milli Şura da dağılmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Gövhər Baxşəliyeva bildirib.
Millət vəkili onu da əlavə edib ki, seçkilərdə vahid namizədlə iştirak etmək üçün yaradılan Milli Şuradakı xoşagəlməz olayların baş verməsi təbiidir: "Çünki oradakı insanlar populist fikirlərlə yaşayırlar. Hətta, onlar indidən 2015-ci ildə parlament seçkilərində qələbə qazanacaqlarını da deyirlər. O ki qaldı Milli Şuraya, bu qurum hansı məqsədlə yaranmışdısa, o məqsəd də geridə qaldığı üçün bu qurum tamamilə dağılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB