Mübariz Əhmədoğlu: “Azərbaycanın istənilən qərarna Türkiyə dəstək verəcək”

Mübariz Əhmədoğlu: “Azərbaycanın istənilən qərarna Türkiyə dəstək verəcək”

Türkiyə hökuməti həm Ermənistan-Türkiyə sərhəddinin açılması, həm də Ermənistanla Azərbaycan arasındakı problmin həll olunması üçün İsveçrədən dəstək istəyib. Məsələ ilə bağlı SİA-ya münasibət bildirən politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, bu haqda Türkiyənin XİN başçısı Əhməd Davudoğlu oktyabrın 10-da İsveçrəyə səfər edib və Ermənistanla bağlı iki sənəd imzalayıb: "Sonradan həmin protokollar hətta Ermənistanda səs-küyə səbəb olub".

Politoloq bildirib ki, protokollar bu gün əssasızdır və öz mahiyyətini itirib: "Ə.Davudoğlu İsveçrə ilə təkrar danışıqlar apararaq, Ermənistanın Azərbaycan torpaqlarını geri qaytardığı təqdirdə, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünlüyünü dilə gətirmişdi. Ümumiyətlə, Azərbaycan Dağlıq Qarabağla bağlı hər hansı bir qərar qəbul etsə, Türkiyə ona dəstək verəcək. Bu gün isə bu məsələ sadəcə yeni mərhələdə danışıqların aparılması üçün gündəmə gətirilib".

Politoloq işğal altında olan torpaqlarla bağlı məsələyə də aydınlıq gətirdi: "İşğal altında olan torpaqlardan 3 və ya 5 rayonun qaytarılacağı kimi xəbərlər şaiyə, boş-boş sözlər və yalan məlumatlardır".

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, oktyabr ayının ortalarında İsveçrəyə Türkiyənin Ermənistan münasibətlərini normallaşdırmaq üçün səfər etmiş, erməni ordusunun ilk növbədə işğal etdiyi Azərbaycan torpaqlarından çıxartmalı olduğunu bildirmişdi. Nazir eyni zamanda İsveçrə hökumətinin Ermənistanın işğal etdiyi torpaqlardan çıxması üçün razı saldığı təqdirdə Ankaranın Ermənistanla sərhədlərini açmağa hazır olduğunu da vurğulamışdı.

Qeyd edək ki, İsveçrə rəsmiləri də Ə.Davudoğlunun təklifinə müsbət cavab veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə