Təmraz Tağıyev: “Müsavat daha pis günə düşəcək”

Təmraz Tağıyev: “Müsavat daha pis günə düşəcək”

"Milli Şura onun haqqında verilən bütün proqnozların doğru olduğunu təsdiqləmiş oldu. Hər kəs bir daha şahidi oldu ki, sosial bazadan və şəffaf fəaliyyətdən uzaq olan, ideyalarını zorakılıq, dağıdıcılıq üzərində quran Müsavat və AXCP-nin yaratdığı Milli Şura populist bəyanatlar verməkdən başqa bir şeyə yaramır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib.

O qeyd edib ki, müxalifətçi funksionerlərin indiki acınacaqlı durumu gözlənilən idi: "Çünki bu şəxslərin hamısı bir-biriləri ilə düşmən münasibətdədirlər. Sadəcə, şəxsi ambisiyalarını müvəqqəti olaraq ertələyib bir araya yığıla bildilərsə də, bu da qısamüddətli oldu. Milli düşüncədən, şəffaf fəaliyyətdən məhrum olan müxalifət partiyaları və onların bəyanatlar verməkdən xoşları gələn liderləri başa düşməlidirlər ki, indi 90-cı illərin əvvəlləri deyil. Bu gün Azərbaycan dünyanın ən sivil dövlətlərindən biridir. Bu ölkədə anti-milli bütün qurumlar Milli Şura kimi flasa uğramış olacaq".

Müsavatdakı yeni başqanlıq məsələsinə münasibət bildirən T.Tağıyev onu da əlavə etdi ki, Müsavatın vəziyyəti çox acınaqcaqlıdır, bundan sonrakı proseslər də bu partiyanı daha pis duruma salacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə