Azərbaycan dünyanın intellektual mərkəzinə çevrilir

Azərbaycan dünyanın intellektual mərkəzinə çevrilir

Budəfəki Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkədən təqribən 800 qonaq, o cümlədən nüfuzlu ictimai-siyasi xadimlər, keçmiş dövlət başçıları, Nobel mükafatı laureatları və bir çox başqa tanınmış şəxslər iştirak etdiblər. Belə irimiqyaslı tədbir təsadüfən Bakıda keçirilmir. Artıq Azərbaycan dünyanın intellektual mərkəzinə çevrilir. Bunun Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Çox məmnunam ki, bu gün buradayam və öz fikrimi bildirmək imkanım var.

Bu fikri Forum çərçivəsində keçirilmiş "Postmodern dövründə milli identiklik" mövzusunda "dəyirmi masa"da iştirak edən Montana Universitetinin siyasi elmlər üzrə professoru Tomas Holts səsləndirib.

"Azərbaycan gündəliyi" kitabının müəllifi Tomas Holts bildirib ki, bu kitabda müstəqilliyinin ilk illərində dağıdıcı müharibə ilə üzləşən Azərbaycanın ağır dövrü - 1991-1996-cı illərdən bəhs edilir. Kitab 1998-ci ildə çapdan çıxıb.

Tomas Holts bildirib ki, Azərbaycan haqqında nisbətən kiçik həcmli daha bir kitabı ingilis dilində yazda çapdan çıxacaq. Hazırda o, həmin kitab üzərində işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə