"Forum Azərbaycanın tolerant ölkə olaraq davamlı inkişafa sadiqliyini göstərir"
"III Bakı Beynəlxalq Humanitar Forumu ümumilikdə Azərbaycanın sivilizasiyalararası dialoq prosesinə verdiyi ən böyük töhvələrdən biridir". Bunu SİA-ya Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlı Forumun əhəmiyyətindən danışarkən deyib.
"Bu forum Azərbaycanın tolerant ölkə olaraq davamlı inkişafa sadiqliyini göstərir. Bu inkişafın hər üç istiqaməti - iqtisadi, sosial və ekologiya, ölkəmizin əldə etdiyi nailiyyətlərin dünya miqyasında çox yaxşı təqdimat platformasıdır. Bu baxımdan, forum xüsusi əhəmiyyət kəsb edir. Əgər nəzərə alsaq ki, forumda 100-dən artıq xarici qonaq onlarla ölkəni təmsil edir, bu həm də ona imkan verir ki, biz hökumət, parlament, biznes və akademik səviyyədə müxtəlif ölkələri təmsil edən nümayəndələrin fikir toqquşmasının, müzakirəsini həyata keçirə bilək. Bu tək Azərbaycanın özü üçün deyil, bütövlükdə region və qlobal miqyas üçün böyük əhəmiyyət daşıyır. Bu mənada düşünürəm ki, bu forum da digər forumların davamı kimi xarakterizə olunmalıdır. Bu dəfə ki forumda davamlı inkişaf məsələləri daha çox önəm kəsb edir. Sevindirici haldır ki, bu məsələlə ilə bağlı dünya liderləri, tanınmış ekspertləri öz fikirlərini bildirirlər. Görünən isə odur ki, bu tək qlobal miqyasın problemlərinin həlli deyil, həm də onun ayrı-ayrı regionlar, ölkələr üzrə hədəflənməsini şərtləndirir. Bütün çıxış edənlər istisnasız olaraq Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını qeyd edirlər. Hesab edirəm ki, biz bu kimi forumları daha çox təşkil etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB