"Azərbaycan tolerantlıq modelini dünyaya çatdırmalıdır"

"Azərbaycan tolerantlıq modelini dünyaya çatdırmalıdır"

Bugünkü dəyirmi masa dünən cənab prezidentin vurğuladığı tezis əsasında qurulub. Dünən cənab prezident çıxışı zamanı bildirib ki, dünyada multikulturalizm prinsipləri varsa, onda həm mediada, həm də siyasi diskusda pozitiv nümunələrə baxılacaq. Əgər belə bir siyasi iradə yoxdursa, bunun mərkəzində neqativ hallar dayanacaq. Azərbaycanda belə bir tədbirin keçirilməsi təqdirəlayiqdir. Burada bir çox siyasətçilər və elm xadimləri iştirak edir. Bu bizə imkan verir ki, dünyada gedən müzakirələrə pozitiv model təklif edək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

Onun sözlərinə görə, bu pozitiv modelin əsasında Azərbaycan dövlətinin dünyəvilik prinsipi durur: "Dini qurumlara dəstək və eyni zamanda onların daxili işlərinə qarışmamaq əsas məsələdir. Azərbaycandakı dinlər və məzhəblər arasındakı qarşlıqlı hörmət mühüm məsələdir. Bu prinsip tolerantlıq konsepsiyasına aiddir. Bu fəlsəfi fikir Azərbaycanda yaşanır və dövlət də bunu dəstəkləyir. Biz bunu tək ölkə daxilində həyata keçirməklə kifayətlənməməliyik. Bilirsiniz ki, komitəmizin təşkilatçılığı ilə BMT və İSESKO-nun baş qərargahında müvafiq seminar və sərgilər keçirilir. Avropa Parlamentində də belə bir konfransın keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycanda dini azlıqların həyatı və yaşayış tərzi ilə bağlı təqdimatın keçirilməsi də nəzərdə tutulur".

Komitə sədri, həmçinin bildirib ki, Azərbaycan tolerantlıq modelini dünyaya çatdırmalıdır: "Bu model təbii ki, dünyada da vacibdir. Biz may ayından Milli Tolerantlıq Mərkəzinin layihəsinin həyata keçirilməsinə başlamışıq. Bu layihə bizim komitə ilə BMT arasında olan birgə müvaqivələyə əsasən həyata keçirilir. İSESKO ilə Mədəniyyətlər arası Alyans tərəfindən də dəstəklənir".

Bütün xəbərlər Facebook səhifəmizdə