Komitə sədri: “Rusiyada baş verənlərlə bağlı ölkəmizə qayıdanların sayı çoxalıb”
Rusiya- Azərbaycan sərhəddində vəziyyət əvvəlki kimi qalmaqdadır. SİA-nın məlumatına görə, bu barədə Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev jurnalistlərə verdiyi açıqlamasında deyib.
O bildirib ki, Rusiyada baş verənlərə baxmayaraq, iki ölkə arasında sərhəddə heç bir dəyişiklik yoxdur: "Sərhəddə yeganə dəyişiklik canlanmadır. Buna səbəb isə Rusiyada baş verən məlum hadisələrlə bağlı ölkəmizə qayıdanların sayının çox olmasıdır. Digər məsələlərlə bağlı heç bir qayda dəyişikliyi yoxdur. Vəziyyət normaldır, işlər qaydasında gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB