ARGTMŞ nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

ARGTMŞ nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası katibliyi adından, Avropa Şurasının "No Hate Speech" – "Nifrət Nitqinə Yox" Hərəkatının milli koordinatoru Rəvanə Həşimova 9-12 oktyabr 2013-cü il tarixlərində adı çəkilən hərəkatın milli koordinatorları ilə görüşündə iştirak edib. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə 30-dan çox ölkənin milli koordinatorları iştirak edib.

Tədbirin əsas məqsədi Hərəkat çərçivəsində 2013-cü ildə görülmüş işlərlə bağlı hesabat xarakterli müzakirələr keçirmək və "No Hate Speech"- "Nifrət Nitqinə Yox" Hərəkatının 2014-cü ildəki fəaliyyət planını hazırlamaqdır. Bununla yanaşı ölkələr arasında təcrübələrin bölüşdürülməsi də tədbirin məqsədləri sırasındadır.

Qeyd edək ki, "No Hate Speech" – "Nifrət Nitqinə Yox" Hərəkatı kampaniyası Avropa Şurası tərəfindən Gənclər Sektorunda 2012-2014-cü illər üzrə prioritet təşəbbüs kimi reallaşdırılmağa başlamışdır.

Azərbaycan ARGTMŞ təmsilçiliyi ilə 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının "No Hate Speech Movement" – "Nifrət Nitqinə Yox Hərəkatı"-na qoşulmuş və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirmişdir.

Bunlar sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, "No Hate Speech" – "Nifrət Nitqinə Yox" Hərəkatı fotosərgisi, "No Hate Speech -Nifrət Nitqinə Yox" Hərəkatının beynəlxalq forumu və bir sıra müxtəlif tədbirlər aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə