Millət vəkili: "ATƏT/DTİHB-in hesabatı təşkilatın Azərbaycana qarşı olan “sevgisinin” təzahürüdür"
"ATƏT-in hesabatı qərəzli hesabatdır və qeyd olunan qərəzli münasibətlə bəzi dövlətlərin nümayəndələrinin siyasi maraqları üst-üstə düşüb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Demokratiya və İnsan Haqları Komitəsinin sədri, millət vəkili Çingiz Qənizadə ATƏT/DTİHB-in və ATƏT Parlament Assambleyasının (ATƏT PA) Azərbaycanda keçirilən prezident seçkilərinə dair ilkin faktlar və nəticələrlə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ATƏT/DTİHB bu hesabatla demokratik təsisatlara və insan haqlarına aidiyyatı olmayan mövqe sərgiləyiblər: "Digər təşkilatların və dövlətlərin müşahidə missiyaları seçkilərin demokratik və şəffaf şəkildə keçirildiyini bildirir, ATƏT/DTİHB-nin hazırladığı hesabat isə təşkilatın daxilində fikir ayrılığına səbəb olursa, deməli bu hesabat Azərbaycana qarşı olan qərəzli münasibətə hesablanıb. Büronun Azərbaycanda keçirilən seçkilərlə bağlı hesabatı ədalətsiz yanaşmadır, hər zaman Azərbaycanla bağlı müəyyən dövlətlərin və bəzi beynəlxalq qurumların bu kimi qərəzli münasibətinin şahidi oluruq. Birmənalı olaraq hesab edirəm ki, bu il Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq hüquq normalarına tam uyğun şəkildə təşkil edilib. Belə ki, kifayət qədər təcrübəsi olan müşahidə missiyaları ölkəmizə seçkiləri izləmək üçün dəvət edilib, seçkilərin işıqlandırılması üçün mətbuata geniş imkanlar yaradılıb. ATƏT/DTİHB-nin müşahidə missiyasının üzvlərinin 9 oktyabr tarixində məntəqələrdə müşahisidə zamanı seçkilərin şəffaf keçirildiyini mətbuat vasitəsilə elan etmələri və daha sonra qrup şəklində belə bir ədalətsiz hesabat hazırlamaları təşkilatın Azərbaycana qarşı olan "sevgisinin" və bu hesabatın seçkilərdən öncə hazırlanmasının təzahürüdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB