Ötən gün "İnkişaf" Türkdilli Xalqlara Dəstək Beynəlxalq Xeyriyyə Fondu tədbir keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan fondun sədri M.Q. Seyidov daha sonra sözü Azərbaycan diasporunun Novosibirskdəki sədri, eyni zamanda "Birlik" beynəlxalq hüquq müdafiəsi ictimai hərəkatının prezident müavini və kazak generalı. S.İ. İbrahimova verib. O bildirib ki, bu ilin 9 oktyabrında Azərbaycanda prezident seçkiləri keçiriləcək və rəsmi məlumatlara əsasən, İlham Heydər oğlu Əliyev seçki öncəsi aparılan sorğuya əsasən 89 % seçici səsi toplayıb.
Sonra S.İ. İbrahimov İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın sosial-iqtisadi baxımdan böyük uğurlar qazandığını bildirib.
Daha sonra "Özbəkistan diaspor birliyi" regionlararası beynəlxalq təşkilatının sədri M.Y. Qiyasov öz növbəsində İlham Əliyevin yalnız Azərbaycanın hüdudlarında deyil, dünya miqyasında da uğurlu fəaliyətinin Rusiyaya yaxşı məlum olduğunu vurğulayıb. Buna görə də o İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirib.
"Ala-Too-Novosibirsk Qırğız milli-mədəni "Novosibirsk Beynəlxalq şəhər təşkilatının rəhbəri O.A.Bolturukov öz çıxışında bildirib ki, İlham Əliyev təcrübəli dövlət başçısı, müdrük siyasətçi kimi azərbaycanlıların qayğısına qalmaqla yanaşı, türkdilli xalqların dostluq əlaqələrinin möhkəmlənməsi, inkişafı və əməkdaşlılığı sahəsində də böyük səy göstərib.
Daha sonra tədbirdə dünyanın aparıcı ekspertləri İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycandakı yenidənqurma, stabil və ölkədə daima artan iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan dünya arenasında özünəməxsus nüfuz qazanıb, regionun lider ölkəsinə çevrilib: "Azərbaycanın bu dərəcədə yüksək nailiyyətlər əldə etməsini ən qatı düşmənləri belə təkzib edə bilməz. İlham Əliyev bacarıqlı və müdrük siyasətçidir. Məhz onun hakimiyyəti dövründə Azərbaycan dünyada öz sözünü deyən bir dövlət kimi tanınıb".
Sonda, 9 oktyabra Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı dünya azərbaycanlılarına ünvanlanmış müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB