MSK sədri: “Zəvvarlarımızın səsvermədə iştirakı üçün danışıqlar aparılır”
"Əgər Səudiyyə Ərəbistanından razılıq alınsa, prezident seçkilərində bu ölkəyə gedən zəvvarlarımız da iştirak edə biləcək". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Müstəqil Mətbuat Mərkəzinin açılışında deyib.
"Səudiyyə Ərəbistanının ictimai-siyasi tədbirləri tənzimləyən xüsusi qanunu var. Bu qanuna görə, ölkə ərazisində siyasi tədbirlər keçirilə bilməz. Hazırda bu ölkə ilə diplomatik yolla danışıqlar aparılır. Bu məsələnin həlli üçün onlardan cavab gözləyirik. Razılıq əldə olunsa, ziyarətdə olan şəxslər də səs verə biləcəklər"- deyə, M. Pənahov sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB