Qusarlılar İlham Əliyevi yenidən prezident görmək istəyir

Qusarlılar İlham Əliyevi yenidən prezident görmək istəyir

Yeni Azərbaycan Partiysının namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov və Milli Məclisin deputatı Azər Badamov Qusar gəncləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən David İbramxəlilov və Azər Badamov son illər respublika miqyasında, eyni zamanda Qusarda gənclərə dövlət tərəfindən göstərilən hərtərəfli qayğıdan danışıblar. Çıxışların sonunda natiqlər gəncləri 9 oktyabr tarixdə keçiriləcək seçkilərdə İlham Əliyev cənablarına səs verməyə çağırıblar.

Qusar gənclərin adından çıxış edən Zeynal Əskərov, Rəna Cəfərova və Ramel Rəhimxanov Qusar gənclərinə İlham Əliyev tərəfindən göstərilən qayğıya və etimada görə minnətdar olduqlarını və onun apardığı siyasətin dəstəklədiklərini bildirərək, Qusar gənclərinin Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə