Kürdəmir rayonunda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində bu gün seçicilərlə görüş keçirilib.
Görüşdə YAP-ın rayon təşkilatı üzrə təbliğat qrupunun üzvləri iştirak ediblər. Seçicilərlə görüşdə təbliğat qrupunun üzvü, rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov çıxış edərək seçiciləri 9 oktyabrda seçki məntəqələrinə gələrək İlham Əliyevə səs verməyə çağırıb. O, çıxışında 10 il ərzində İlham Əliyevin rəhbərliyi altında əldə olunan nailiyyətlərdən, Azərbaycanda, eləcə də Kürdəmirdə görülən abadlıq-quruculuq işlərindən danışıb.
Çıxış edən təbliğat qrupunun üzvləri Xəqani Qurbanov, Yaqut Əşrəfova, Namiq Tarverdiyev və digərləri ölkəmizdə gedən dinamik inkişafdan söz açıblar: "Övladlarımızın işıqlı sabahları, nurlu və sağlam gələcəkləri yalnız İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkündür. Buna görə də hər birimiz İlham Əliyevə səs verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB