Bu gün Qəbələdə Tikanlı kəndində YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Tikanlı və Abrıx kəndlərindən olan seçicilər iştirak edib.
Görüşü təbliğat qrupunun üzvü Tofiq Şükürov açıb və prezidentliyə namizəd İlham Əliyevin gördüyü işlər barədə seçicilərə ətraflı məlumat verib. O çıxışında rayonlarda, qəsəbə və kəndlərdə aparılan abadlıq quruculuq işləri, iqtisadiyyat, elmi tərəqqi və xarici siyasət sahəsindəki nailiyyətləri qeyd edib.
Təbliğat qrupunun digər üzvü Aslan Cəlilov müstəqilliyimizin əldə olunması və qorunub saxlanılmasında Ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edib. O, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixindən, son illərdə daxili və xarici siyasət sahəsində qazanılan uğurlardan danışıb.
Tədbirdə Tikanlı kənd sakini, müəllim Nurəhməd Məmmədcanov, müəllim Qabil Yusifov, bağça müdiri Tənzilə Məmmədcanova, Abrıx kənd sakini müəllim Ədalət Tağıyev bildiriblər ki, rayonlarda, qəsəbələrdə, kəndlərdə aparılan abadlıq, quruculuq işləri onlar üçün fərəh hissi doğurur: "Yaşadığımız Qəbələ rayonu da inkişaf yolundadır. Bütün görülən işlər, qazanılan uğurlar hamımızı sevindirir. Qarşıdan gələn böyük siyasi kampaniyada biz hörmətli İlham Əliyevi dəstəkləyəcəyik".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB