Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyevin rəhbərliyi ilə 9 oktyabrda keçiriləcək prezident seçkilərində hakim partiyanın namizədi, cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ilə bağlı Bibiheybət qəsəbəsinin sakinləri ilə növbəti görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov, hakim partiyanın Səbail rayon təşkilatı sədrinin müavini Afət Xanbabayeva, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Mehman İsmayılov və digər şəxslər iştirak edib.
YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev çıxış edərək hər kəsi YAP-ın namizədi, cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb. O diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmiz son 10 il ərzində inanılmaz dərəcədə dəyişib və inkişaf edib.
Sədr müavini ölkə başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan da danışaraq deyib ki, Azərbaycanın hər bir yerində inşa olunan yeni-yeni Olimpiya İdman Kompleskləri gənclərin sağlam ruhda böyüməsinə zəmin yaradıb: "Eləcə də ölkəmizdə müasir tələblərə cavab verən yeni təhsil müəssisələrinin inşa edilərək şagirdlərin ixtiyarına verilməsi ölkəmizin inkişafının bariz göstəricisidir. Bu gün gənclərimiz dünyanın hər bir yerinə gedir və öz təhsillərini uğurla davam etdirirlər. Ölkəmizdə hər il dövlət qurumunda çalışanların və təqaüdə çıxanların əməkhaqları davamlı olaraq artırılır".
Daha sonra YAP Siyasi şurasının üzvü Rizvan Vahabov söz alaraq, Azərbaycanda son 10 il ərzində həyata keçirilən uğurlu işlərdən söhbət açıb: "Bu inkişafı hər bir Azərbaycan vətəndaşı görür və bəyənir. Hər bir kəsi 9 oktyabr 2013-cü ildə ölkəmizdə keçiriləcək prezident seçkilərində hakim partiyanın namizədi Prezident İlham Əliyevə səs verməyə çağırıram".
Sonra hakim partiyanın Səbail rayon təşkilatı sədrinin müavini Afət Xanbabayeva, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Mehman İsmayılov çıxış edərək hamını 9 oktyabrda müəyyən olunmuş məntəqələrə gələrək ölkə başçısına səs verməyə çağırıblar.
Görüşə bir qrup sakinin seçkiqabağı təbliğat kampaniyası ilə bağlı fikirlərinin dinlənməsi ilə yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB