Ağsu rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir. SİA-nın məlumatına görə, bununla bağlı rayonun Bozavand, Ağarx, Qarabağlı, Rəhimli, Şahbəyli, Qaradağ kəndlərində seçicilərlə görüşlər keçirilib. Tədbirdə YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov dövlət başçısı İlham Əliyevin son 10 il ərzində gördüyü işlər haqqında danışaraq bildirib ki, bu uğurlar son nəticədə əhalinin sosial rifahının yüksəlməsinə yol açıb.
Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış edərək vurğulayıb ki, əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu yeni sosial siyasət konsepsiyası 2003-cü ildən başlayaraq, Ulu Öndərimizin siyasi varisi Prezident İlham Əliyev tərəfindən şaxələndirilmiş şəkildə davam etdirilib: "Məhz buna görə də xalq İlham Əliyevin yenidən prezident seçilməsini bir tələb, sosial sifariş kimi irəli sürdü. İndi tam əminliklə demək olar ki, cənab İlham Əliyevin alternativi yoxdur və onun qələbəsi şəksizdir. Əziz seçicilər, cənab İlham Əliyevi səs verin ki, bundan sonrakı firavanlığınız da davamlı olsun".
Tədbirdə təbliğat-təşviqat qrupunun üzvləri Seyfəddin Abdullayev, Əmrulla Kərimov, Camaləddin Zeynalov, Yaşar Qarayev, Elnur Fərzəlizadə çıxış edərək bildiriblər ki, cənab İlham Əliyev bu ölkənin və xalqın ən böyük güvənc yeridir, ona görə də xalq bu seçkilərdə də taleyini müdrik və vətənsevər bir siyasi liderə etibar edəcəklər.
Kənd sakinlərindən Balaşah Mövlamov, Səxavət Səfəralıyev, Nəriman Ağayev, təqaüdçü Niftalı Səmədov, Ənvər Hüseynov, sakin Ənvər Əliyev çıxış edərək bildiriblər ki, Ağsulular öz seçimlərini dəyişməyiblər və 9 oktyabrda məhz cənab İlham Əliyevə səs verəcəklər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB