“Cəmil Həsənlinin bəyanatları prezidentliyə namizədin davranışına uyğun deyil” MÜNASİBƏT

“Cəmil Həsənlinin bəyanatları prezidentliyə namizədin davranışına uyğun deyil” MÜNASİBƏT

"Ötən gün keçirilən debat tamamilə fərqli mənzərə ilə yadda qaldı". Bu sözləri SİA-ya politoloq Elman Nəsirli ötən gün İctimai Televiziyada prezidentliyə namizəd Cəmil Həsənli və Hafiz Hacıyev arasında baş verən mübahisəyə münasibət bildirərkən deyib. O bildirib ki, sözügedən teledebatın gedişatında Cəmil Həsənlinin verdiyi bəyanatlar heç bir halda prezidentliyə namizədin davranışına, etikasına uyğun deyildi.

Onun sözlərinə görə, seçki kampaniyasının gedişatında hər şey qanun çərçivəsində, əxlaq normalarına uyğun şəkildə olmalıdır: "Prezidentliyə namizədlər öz çıxışları ilə dövləti idarə etməyə layiq olduqlarını nümayiş etdirməlidirlər. Ötən gün keçirilən debatda Cəmil Həsənli tərəfindən səsləndirilən fikirlər real faktlara söykənmir. O, ictimai fikri, seçicilərin düşüncələrini aldatmaq üçün müxtəlif üsullardan istifadə edir. Platforması, prezident ola biləcəyi təqdirdə hansı addımlar atacağı haqqında mövqeyini bildirməkdənsə, ölkə prezidentini təhqir etməyə çalışır. Bu addım seçici ordusuna münasibətdə hörmətsizlikdir. Hər bir namizəd təbliğat- təşviqat kampaniyasi zamanı ona ayrılan efir müddətində kimisə təhqir etməməli, yalnız öz platformasından danışmalıdır. Hər kəs öz davranışı, danışığı, məsələlərə baxışı ilə özünün kim olduğunu ifadə edir".

Politoloq vurğulayıb ki, Azərbaycan xalqının seçimi Prezident İlham Əliyevdir: "Dünən keçirilən debatda Azərbaycan xalqının seçiminin nə qədər doğru olduğu öz təstiqini tapdı. Hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır və yaxşını-pisdən, ağı-qaradan seçə bilir. Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və kimə səs verəcəyini çoxdan müəyyənləşdirib. Dünənki çıxış xalqı əmin etdi ki, prezidentliyə digər namizədlər, xüsusilə "Milli Şuranın" namizədi heç bir halda ölkəni idarə edəcək gücə malik deyil. Eyni zamanda onlar öz münaqişələri, dövlət başçısı namizədinə yaraşmayan davranışları ilə bu vəzifəyə layiq olmadıqlarını da göstərmiş oldular".

Bütün xəbərlər Facebook səhifəmizdə