"Azərbaycan xalqı artıq öz seçimini edib"

YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov: “Azərbaycan xalqı bir daha öz seçimini edərək, YAP-ın namizədinə səs verəcək və bununla da Azərbaycanın inkişafına, tərəqqisinə töhfəsini vermiş olacaq”
"Azərbaycan xalqı artıq öz seçimini edib"

Ağsu rayonunda seçkilər öncəsi təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Əli Hüseynov SİA-ya verdiyi açıqlamasında qeyd edib ki, rayon ərazisində fəaliyyət göstərən 56 məntəqənin hər birində təşviqat kampaniyası üçün təyin olunmuş lövhələrin hər iki üzünə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təşviqat xarakterli fotoşəkilləri, plakatları yapışdırılıb. Şəkillərin yapışdırılması hər qrupda 3 nəfər olmaqla, 10 qrup fəal gənclər tərəfindən həyata keçirilib.

Ə.Hüseynov eyni zamanda bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə rəqib ola biləcək heç bir alternativ yoxdur. Çünki onun apardığı mütərəqqi siyasət Azərbaycanın hazırkı müasirliyinin, gücünün və qüdrətinin bariz göstəricisidir: "Bu gün Ulu Öndər Heydər Əliyev məktəbindən dərs alan, onun yolunu davam etdirən cənab İlham Əliyev hər addımında bu siyasətə sadiq olduğunu nümayiş etdirir. Demək olar ki, hər gün Azərbaycanın həyatında mühüm hadisə ilə yadda qalır. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkan, hətta deyərdim ki, dünyanın mərkəzi olub. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əvvəlki illərdə ölkə reallıqlarını təbliğ etmək üçün bu və ya digər ölkəyə səfər etməyə böyük zərurət duyulurdusa, bu gün artıq Azərbaycan gündəlik təqdimatlarını edir.Təbii ki, bütün bunların reallaşması xalqın daha yaxşı həyat sürməsinə doğru atılmış uğurlu addımların məntiqi nəticəsidir. Məhz İlham Əliyevin göstərdiyi siyasi qətiyyətlərdən biri də torpaqlarımızın azad edilməsi amilidir. Azərbaycan xalqı bir daha öz seçimini edərək, YAP-ın namizədinə səs verəcək və bununla da Azərbaycanın inkişafına, tərəqqisinə töhfəsini vermiş olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə