Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycanın və Qırğızıstanın Baş prokurorluqları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. SİA-nın məlumatına görə, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə əlaqələr möhkəmlənir və Baş prokurorluqlar arasında da münasibətlərin qurulması hər iki ölkənin maraqlarına xidmət edəcək.
Aida Salyanova müntəzəm olaraq MDB Baş prokurorluqlarının iclaslarında azərbaycanlı həmkarı ilə görüşdüyünü qeyd edib, bununla belə, ikitərəfli qarşılıqlı əməkdaşlığın yaradılmasının zəruriliyini vurğulayıb.
A.Salyanova Baş prokurorluqlar arasında əməkdaşlığa dair Protokolun imzalamasının faydalı olacağını qeyd edib. Bildirilib ki, sentyabrın 26-da Bişkekdə MDB ölkələri Baş prokurorlarının iclası keçiriləcək və bu toplantı çərçivəsində azərbaycanlı həmkarı ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB