Dağlıq Qarabağın inkişafı yalnız Azərbaycan Respublikasının tərkibində mümkündür

Dağlıq Qarabağın inkişafı yalnız Azərbaycan Respublikasının tərkibində mümkündür

"Azərbaycan güclü dövlətdir və Dağlıq Qarabağın inkişafı yalnız Azərbaycan Respublikasının tərkibində mümkündür". SİA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev beynəlxalq şirkətlərin Dağlıq Qarabağa sərmayələr qoymaq istəməsi ilə bağlı Ermənistan mətbuatında yayılan xəbəri şərh edərkən deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanın tərkibində inkişaf edə biləcəyini ərazilərimizdə yaşayan erməni vətəndaşlarımız da yaxşı anlayır: "Azərbaycanın işğal olunmuş ərazilərinə investisiya qoyan şirkətlər erməni diasporu və lobbisi tərəfindən yaradılıb və yönləndirilir. Adıçəkilən bu şirkətlərin qoyduğu investisiyalar kiçik həcmlidir".

E.Abdullayev vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının inkişafı dünya ictimaiyyətinin gözü qarşısındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə