Azərbaycanın diplomatik missiyaları və konsulluqlarında səsvermə üçün 38 seçki məntəqəsi yaradılıb
"Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyaları və konsulluqlarında prezident seçkilərində səs vermək üçünü 38 seçki məntəqəsi yaradılıb". SİA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, məntəqələr Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 35.6 maddəsinə əsasən yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB