Elmar Məmmədyarov Sudanın yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Sudanın yeni təyin olunmuş səfirini qəbul edib

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sudanın ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Elias Məhəmməd əl-Haqı qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, E.Məmmədyarov Məhəmməd əl-Haqı ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Sudan münasibətləri, Afrikada, o cümlədən Cənubi Qafqazda gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov onu da qarşı tərəfin diqqətinə çatdırıb ki, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə Sudan Respublikasına yardım etməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə