Bakıda keçirilən "Ali səviyyədə görüş" adlı forum çərçivəsindəki qapalı görüşlərdə siyasi problemlər, o cümlədən Dağlıq Qarabağ məsələsi müzakirə olunub. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov yekun mətbuat konfransında jurnalistlərə verdiyi açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, müzakirələr zamanı həmçinin problemin həlli ilə bağlı variantlar da təklif edilib: "Müzakirələr zamanı maraqlı təkliflər səslənib. Məsələn, İsveç və Finlandiya arasında olan mübahisəli ada ilə bağlı model tapılıb. Həmin modelin Qarabağa şamil edilməsi təklif olunub".
N. İbrahimov xatırladıb ki, Azərbaycanın Dağlıq Qarabağa vermək istədiyi status bəllidir: "Ermənilər bundan artıq nə istəyə bilər? Azərbaycanda açıq cəmiyyət, tolerantlıq məsələlərinin müzakirəsini təşkil etməklə biz dünyaya bəyan edirik ki, Dağlıq Qarabağın erməni əhalisi bizimlə birgə yaşaya bilər. Azərbaycan xalqı çox dözümlü və tolerant xalqdır. Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra orada yaşayan erməni əhalisini heç bir problem gözləmir. Azərbaycan xalqı bağışlayan xalqdır və Dağlıq Qarabağda məskunlaşan erməni əhalisi bizim bərabərhüquqlu vətəndaşımız olacaq. Lakin bütün bunlar üçün ilk növbədə problem həll olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB