Prezident İlham Əliyev Lənkəran şəhərinə gəlib

Prezident İlham Əliyev Lənkəran şəhərinə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində sentyabrın 5-də Lənkəran şəhərinə gəlib.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Xatirə parkındakı abidəsi önünə gül dəstəsi qoydu.

İcra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, parkda tikinti işlərinə 2012-ci ilin sentyabrında başlanılıb və 2013-cü ilin mayında başa çatdırılıb. Ümumi sahəsi 27 min 500 kvadratmetr olan istirahət mərkəzində geniş yaşıllıq salınıb. Ümummilli lider Heydər Əliyevin Xatirə parkındakı abidəsinin ətrafına qranit üzlüklər çəkilib. İşıqlandırma sisteminin də tamamilə yeniləndiyi parkda üç fəvvarə əsaslı təmir olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə