"Ermənistan hər zaman Rusiyanın for-postu olub. Rusiya hansı xətti müəyyənləşdirsə, Ermənistan da ona uyğun hərəkət edəcək. Bu görüşdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı irəliləyişin olmasını gözləməli deyilik". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı bu gün Moskvada baş tutacağı nəzərdə tutulan Rusiya prezidenti Vladimir Putinlə Ermənistan dövlət başçısı Serj Sarkisyanın görüşünə münasibət bildirərkən deyib.
"Son vaxtlar Ermənistanda baş verən anti-Rusiya fəaliyyəti, eyni zamanda həmin dövlətin Avropa məkanına inteqrasiyası ilə bağlı müəyyən düşüncələrinin mövcud olması Rusiyanı yetərincə qıcıqlandırır. Yəqin ki, bu görüşdə mövcud məsələ ilə bağlı Rusiya Ermənistana "qulaq burması" verəcək"- deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.
F. Ağamalı baş tutacaq görüşdə Ermənistanın Gömrük İttifaqına daxil olub-olmaması məsələsinə də aydınlıq gətirib. Onun fikrincə, zamanı gəldikdə Ermənistan Gömrük İttifaqının tərkibinə qoşulacaq və bu da təbii ki, Rusiyanın qəti mövqeyindən asılıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB