MSK seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edib
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları təsdiq edilib. SİA-nın xəbərinə görə, bu barədə qərar MSK-nın bugünkü iclasında qəbul edilib.
Daha sonra 30 saylı Suraxanı birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb və müvafiq qərar verilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən Zahid Oruc imza vərəqələrini MSK-ya təqdim edib.
MSK sədri Məzahir Pənahov bildirib ki, bu günə kimi Azərbaycanda prezident seçkilərində müşahidə aparmaq üçün MSK-ya 2500-dən artıq müraciət daxil olub. Onlardan 1296-sı ölkə üzrə, 1221-i isə dairələr üzrədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB